Bakıda ağır qəza -

Bakıda ağır qəza - "xuliqanski" VAZ yararsız vəziyyətdə

Kriminal
08 Oktyabr 2019, 14:38 526
Bakıda iki maşın toqquşub.
Trend-in məlumatına görə, yol-nəqliyyat hadisəsi Sabunçu rayon Balaxanı qəsəbəsində qeydə alınıb. Üzərində "xuliqanski" yazılan 10-RM-526 dövlət qeydiyyat nömrəli "VAZ", yolun əks istiqaməti ilə hərəkətdə olan "Opel" ilə toqquşub.
Toqquşmanın gücündən avtomobillərə ciddi ziyan dəyib, hadisə nəticəsində xəsarət alanların olduğu deyilir. Xəsarət alan şəxs Dadaşov Mehman 3 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır olduğundan dərhal əməliyyata alınıb.