• cümə, 29 Mart, 19:23
  • Baku Bakı 14°C

Bakıda 9-cu Ətraf Mühit Sərgisi keçiriləcək

20.09.18 10:51 407
Bakıda 9-cu Ətraf Mühit Sərgisi keçiriləcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə 14-16 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində "Caspian Ecology” 9-cu Ətraf Mühit Sərgisi keçiriləcək.
Nazirlikdən Trend-ə verilən məlumata görə, sərginin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi, ekoloji təmiz qida və ekoloji təhlükəsizliyin təmin olunması sahəsində innovativ texnologiyaları tətbiq edən beynəlxalq və yerli şirkətləri, dövlət və qeyri-hökumət təşkilatlarını bir araya gətirmək və işgüzar görüşlər üçün əlverişli platforma yaratmaqdır.
2009-cu ildən mütəmadi olaraq hər il keçirilən sərginin əhatə dairəsi bu il daha geniş olacaq. Nümayiş olunacaq yeni texnologiyalar tam olaraq ətraf mühitin qorunmasına, sağlamlaşdırılmasına yönəlib. Bir çox istiqamətlər üzrə məhsullar, texnoloji avadanlıqlar göstəriləcək.
Sərgidə ekoloji təmiz içməli su istehsalı, sudan təkrar istifadə, plastik və polietilen məhsulların utilizasiyası, ekoloji təmiz qida məhsulları, alternativ enerji texnologiyaları, ekoloji təmiz tikinti materialları, yaşıl landşaft dizaynı və turizm ilə bağlı müxtəlif istiqamətlərdə ekoloji stendlər nümayiş olunacaq:"Builki sərgidə azyaşlı uşaqları da unutmamışıq. Uşaqlarda ətraf mühitə həssaslığın formalaşdırılması, onlarda təbiətə sevgi hisslərinin aşılanması üçün xüsusi bir guşə ayrılacaq. Uşaqların diqqətini ətraf mühitin mühafizəsi sahəsinə yönəltmək məqsədilə müxtəlif interaktiv məşğələlər və maraqlı oyunlar keçiriləcək".
banner

Oxşar Xəbərlər