• şənbə, 20 Aprel, 00:23
  • Baku Bakı 15°C

Bakıda 82 dönərxana bağlanıb

23.12.13 10:43 1264
Bakıda 82 dönərxana bağlanıb
Bu il Bakı şəhəri və ətraf ərazilərdə sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən 82 dönər müəssisəsinin fəaliyyəti dayandırılıb.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev APA-ya açıqlamasında deyib ki, cari il ərzində 89 dönər sahibkarı cərimə olunub, 5 iş araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndərilib. Dönərxanalarda təbii qazdan istifadənin dayandırıldığın deyən şöbə müdiri əlavə edib ki, 18 dönərxanada toyuq dönərinin hazırlanması tamamilə ləğv edilib. İ. Abdullayev qeyd edib ki, fəaliyyəti dayandırılan dönərxanaların əksəriyyəti toyuq dönəri satılanlardır: “Dönərxanaların fəaliyyətinə nəzarət etmək üçün müəyyən məqamlar olmalı, qanunvericilik aktları təkmilləşməlidir. Bəlkə də bu gün dönərxanalara fəaliyyəti üçün nəzərdə tutulan cərimələr aşağı olduğuna görə rahat fəaliyyət göstərə bilirlər. Bundan əlavə, mərkəz tərəfindən hər hansı bir müəssisənin fəaliyyətinə qadağa qoyulubsa, bu qərar müvafiq icra hakimiyyəti tərəfindən də qüvvəyə minməlidir ki, onlar müəyyən müddətdən sonra yenidən fəaliyyət göstərər bilməsinlər”.
banner

Oxşar Xəbərlər