• şənbə, 20 Aprel, 15:53
  • Baku Bakı 23°C

Bakıda 70 yaşlı həkim intihar edib

10.08.15 11:16 1476
Bakıda 70 yaşlı həkim intihar edib
Bakıda intihar hadisəsi baş verib.
Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Sabunçu qəsəbəsi, Karqanov küçəsi ev 10 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1945-ci il təvəllüdlü Eldar Qoca oğlu Piriyev yaşadığı evdə boğazını kəsib. O, çoxlu qan itirdiyindən hadisə yerindəcə dünyasını dəyişib.
E. Piriyevin özünə qəsd etməsinin dəqiq səbəbləri barədə hələlik məlumat verilməsə də, onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, E. Piriyev təqaüddə olan həkim olub.
banner

Oxşar Xəbərlər