• çərşənbə axşamı, 16 aprel, 11:13
  • Baku Bakı 14°C

Bakıda 7 mağaza yanıb

28.07.17 09:40 1598
Bakıda 7 mağaza yanıb
Bakıda yanğın hadisəsi qeydə alınıb.APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan birmərtəbəli müxtəlif təyinatlı hər birinin sahəsi 20 m2 olan mağazalarda baş verib. Nəticədə mağazaların yanar konstruksiyaları və içərisində olan mallar 60 m2 sahədə yanıb, yüksək temperaturdan digər 2 mağazanın tavanı 40 m2 sahədə əriyib. Mağazaların qalan hissəsi və anbarlar yanğından mühafizə olunub.
banner

Oxşar Xəbərlər