AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakıda 6 yeni məktəb tikilib

Bakıda 6 yeni məktəb tikilib

Təfsilat
14 Sentyabr 2020, 14:45 343
Yeni dərs ilinə hazırlıq tədbirləri çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 8 ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılıb.

İdarədən verilən məlumata görə, ehtiyac olan ərazilərdə 6 yeni məktəb binası inşa olunub.

Yeni dərs ilinə hazırlıq çərçivəsində 205 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 90, 97 nömrəli tam orta məktəblərin əsas korpuslarının əsaslı təmiri, köhnə korpuslarının sökülərək yenidən tikintisi, 122 nömrəli tam orta məktəbin əsaslı təmiri, idman zalı, kitabxana və əlavə sinif otaqlarının tikintisi, 155 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək yenidən tikintisi aparılıb.

Həmçinin 154 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 251 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi, 216 nömrəli tam orta məktəb üçün digər ərazidə yeni binanın tikintisi yerinə yetirilib. Eləcə də ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilib.

Bundan əlavə, yeni dərs ili ilə əlaqədar ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə nəzarət gücləndirilib. Mövcud vəziyyətlə əlaqədar məktəblərdə dezinfeksiya işləri və müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir.