• cümə, 29 Mart, 12:47
  • Baku Bakı 14°C

Bakıda 6 otaqlı, Sumqayıtda 2 otaqlı evdə yanğın olub

08.07.18 12:30 568
Bakıda 6 otaqlı, Sumqayıtda 2 otaqlı evdə yanğın olub
Bakı və Sumqayıt şəhərlərində yaşayış evlərində yanğın baş verib.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları və əşyalar 20 m² sahədə yanıb.
Yüksək temperaturdan 1-ci və 2-ci mərtəbələrin hamam otağının lambirdən ibarət tavanı 12 m² sahədə, 2-ci mərtəbədə 2 ədəd məişət texnikasının üzlük hissəsi əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Sumqayıt şəhərində isə ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd elektrik avadanlığı və ev əşyaları 5 m² sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər