• cümə, 29 Mart, 12:30
  • Baku Bakı 14°C

Bakıda 54 yaşlı kişi dostunun qızını zorlayıb

18.11.13 16:16 1185
Bakıda 54 yaşlı kişi dostunun qızını zorlayıb
Bakının Suraxanı rayonu ərazisində 45 yaşlı kişi dostunun 15 yaşlı qızını zorlayıb. Anspress-in verdiyi məlumata görə, hadisə oktyabrın 26-da baş verib.
Bildirilir ki, paytaxt sakini C.Y. dalaşdığı üçün arvadı ilə qızını evdən qovub. Onun dostu 1959-cu il təvəllüdlü S.Ş. dostunun arvadı 1969-cu il təvəllüdlü A.Q.-nı və 15 yaşlı L.-ni Zığ qəsəbəsindəki evinə aparıb. Orada bir müddət qala biləcəklərini deyib. S.Ş. bu insanpərvərliyini sonradan çirkin niyyətlə əvəzləyib. O, bir gün evdə heç kimin olmamasından istifadə edib və azyaşlı qıza təcavüz edib. Bundan xəbər tutan A.Q. kişidən şikayət edib.
Bundan əsəbləşən S.Ş. onlar qalan evə gedib və orada onları evdən çıxarmaq istəyib. Evi dağıdıb. Bundan əsəbləşən A.Q. özünü yandırmaq istəyib.
Suraxanı rayon Polis İdarəsi 30-cu polis bölməsindən verilən məlumata görə, hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hər iki tərəfin izahatı alınıb.
Hazırda fakt Suraxanı rayon Prokurorluğunda araşdırılır.
banner

Oxşar Xəbərlər