• şənbə, 20 Aprel, 06:21
  • Baku Bakı 14°C

Bakıda 5-ci “CEO Lunch” keçiriləcək

22.06.17 11:40 1045
Bakıda 5-ci “CEO Lunch” keçiriləcək
"Caspian European Club” və "Caspian American Club” iyulun 5-də Bakıda fəxri qonaq qismindəMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədriZiyad Səmədzadənin iştirak edəcəyi 5-ci "CEO Lunch” təşkil edəcək.
"Report”a daxil olan məlumata görə, tədbirə həmçinin Dövlət Miqrasiya Xidmətinin, Vergilər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin və digər dövlət qurumlarının rəhbərliyinin nümayəndələri qatılacaqlar.
Bu barədə "Caspian European Club” və "Caspian American Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
Onun sözlərinə görə, "CEO Lunch” "networking”in aparıcı vasitəsi olan "CEO Lunch” şirkət rəhbərlərinin qeyri-rəsmi şəraitdə ünsiyyətinə imkan yaratmaq və yeni əlaqələr qurmaq məqsədilə təşkil olunur. Bu cür tədbirlər hər ayın üçüncü çərşənbə günü "CEİBC” şirkətlərinin top-menecerlərinin iştirakı ilə keçirilir.
Qeyd edək ki, "Caspian Energy”, "Caspian Energy Forum”, "Caspian Energy Award”, "Caspian Energy Club”, "Caspian European Club”, "Caspian Business Club”, "Caspian American Club”, "Caspian American Forum”, "CEO”, "CEO lunch”, "Brand Award” kimi qeydiyyatdan keçmiş ticarət markaları "Caspian Energy International Media Group”a məxsusdurlar.
banner

Oxşar Xəbərlər