• cümə, 29 Mart, 13:51
  • Baku Bakı 14°C

Bakıda 47 qanunsuz stomatoloji kabinet aşkarlanıb

09.09.13 15:36 1806
Bakıda 47 qanunsuz stomatoloji kabinet aşkarlanıb
Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi (DVAEM) qanunsuz fəaliyyət göstərən tibb müəssisələrinin aşkarlanması üçün bu ilin may ayından etibarən reydlər keçirir.
Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, bu müddət ərzində Bakıda 47 qanunsuz stomatoloji kabinet aşkarlanıb. Sözügedən müəssisələrin rəhbərlərinə qanunsuz fəaliyyətlərini dayandırmaları barədə xəbərdarlıq olunub. Həmin stomatoloji kabinetlərə qeyri-qanuni fəaliyyətlərini dayandırmaq və özəl tibb fəaliyyətinə müvafiq xüsusi razılıq almaq üçün (lisenziya) Səhiyyə Nazirliyinə müraciət etmələri tələb olunub. Xəbərdarlıqda o da vurğulanıb ki, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq almadan həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma cinayət məsuliyyətinə səbəb ola bilər.
Xəbərdarlıqlara baxmayaraq təkrar reydlər zamanı 47 obyektdən 12-sinin öz qanunsuz fəaliyyətini davam etdirdiyi faktı qeydə alınıb və onların hamısına cərimə protokolu yazılıb. Reydlər nəticəsində qanunsuz fəaliyyət göstərdiyi aşkar edilən stomatoloji kabinetlərin əksəriyyəti paytaxtın Nizami, Xətai və Binəqədi rayonlarında yerləşir. Belə ki, Nizami rayonun 18, Xətai rayonunda 13, Binəqədi rayonunda 11, Nərimanov rayonunda 4, Nəsimi rayonunda isə 1 kabinetin lisenziyasız çalışdığı müəyyən edilib.
banner

Oxşar Xəbərlər