• cümə, 26 Aprel, 11:35
  • Baku Bakı 12°C

Bakıda 370 min manat mənimsəyən şəxs azadlıqda

02.02.15 12:21 867
Bakıda 370 min manat mənimsəyən şəxs azadlıqda
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinən Bakı şəhər sakinləri - 1970-ci il təvəllüdlü Kənan Muxtarov və 1983-ci il təvəllüdlü Rəşad Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Kənan Muxtarov barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi rəhbər tutularaq şərti azadlıq, Rəşad Qasımov barəsində isə 7, 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb.
Qeyd edək ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakini Kənan Muxtarov və Rəşad Qasımovun yol verdiyi qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaq zamanı onların “Azərbaycan Lizinq Şirkəti” MMC-yə məxsus istilik sistemlərinin ayrı-ayrı şəxslərə satılmasına dair saxta alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsinə nail olmaqla ümumilikdə 356 min manat məbləğində külli miqdarda özgə əmlakını, həmçinin MMC-yə məxsus 13 min manat dəyərində istilik avadanlığını aldatma yolu ilə ələ keçirməklə Cəmiyyətə külli miqdarda ziyan vurub.
Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham edilir.
banner

Oxşar Xəbərlər