• cümə axşamı, 28 mart, 21:50
  • Baku Bakı 13°C

Bakıda 3 mərkəzi ərazidə hərəkət məhdudlaşdırılacaq

11.06.18 14:15 554
Bakıda 3 mərkəzi ərazidə hərəkət məhdudlaşdırılacaq
Bakıda 3 mərkəzi ərazidə hərəkət məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Azadlıq meydanı - Nefçilər prospektində, Nəsimi rayonu Hənifə Ələsgərov və Yasamal rayonu Salatın Əsgərova küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq bu gün axşam saatlarınadək avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu məqsədlə sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
banner

Oxşar Xəbərlər