• cümə, 29 Mart, 15:33
  • Baku Bakı 14°C

Bakıda 28 yaşlı oğlan qətlə yetirildi

17.09.13 17:49 1125
Bakıda 28 yaşlı oğlan qətlə yetirildi
Bakıda 28 yaşlı məcburi köçkün qətlə yetirilib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şövkət Məmmədova küçəsində qeydə alınıb. 1985-ci il təvəllüdlü, Füzuli rayonundan olan məcburi köçkün Elçin Teyyub oğlu Allahverdiyev naməlum şəxs tərəfindən bıçaqlanıb.
E.Allahverdiyev ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda E.Allahverdiyevi qətlə yetirən şəxsin tapılması istiqamətində iş aparılır. Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər