AZE | RUS | ENG |


Bakıda 25 nəfəri gün vurub, 26 nəfəri ilan sancıb

Bakıda 25 nəfəri gün vurub, 26 nəfəri ilan sancıb
Bakıda yay mövsümü başlayandan - iyunun 1-dən indiyə qədər günvurma ilə əlaqədar 25 nəfər həkimə müraciət edib.
Bunu Trend-ə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BTTTYS) Əməliyyat və hospital təşkili üzrə şöbənin böyük həkimi Bənövşə Quliyeva deyib.
Onun sözlərinə görə, həmin şəxslərin 9-u xəstəxanaya yerləşdirilib.
Günvurma ilə bağlı müraciət edənlərin 20-si böyük, 5-i uşaq olub. Böyüklərin 6-sı, uşaqların isə 2-si xəstəxanaya yerləşdirilib. İndiyədək günvurma hadisəsindən ölüm hadisəsi baş verməyib.
B.Quliyeva əlavə edib ki, iyunun 1-dən indiyədək 26 nəfər ilan sancma ilə əlaqədar BTTTYS-yə müraciət edib. Onların 25-i xəstəxanaya yerləşdirilib, 1-nə isə hadisə yerində yardım göstərilib. Xəstəxanaya yerləşdirilən xəstələrin 2-si uşaq olub.
B.Quliyeva bildirib ki, ilan sancmaları ilə bağlı müraciətlər daha çox Bakıətrafı ərazilərdən – Pirşağı, Türkan, Maştağadan daxil olub. Müraciət edənləri ilan əsasən, özlərinin həyətyanı sahələrində sancıb. İlan sancmalardan ölüm halları baş verməyib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7068
GBP 1 İngilis funt sterlinqi 2.2238
TRY 1 Türk lirəsi 0.4811
KWD 1 Küveyt dinarı 5.6313
SEK 1 İsveç kronu 0.2071
EUR 1 Avro 1.9877
CHF 1 İsveçrə frankı 1.7531
USD 1 ABŞ dolları 1.7009