• şənbə, 20 Aprel, 02:03
  • Baku Bakı 15°C

Bakıda 24 yaşlı rus qızı döyə-döyə zorladılar

14.05.13 17:34 2893
Bakıda 24 yaşlı rus qızı döyə-döyə zorladılar
Lent.az xəbər verir ki, Bakıda Rusiya vətəndaşı olan 24 yaşlı qız cinsi təcavüzə məruz qalıb. Bu barədə təcavüzə məruz qalmış Rusiya Federasiyasının vətəndaşı 1989-cu il təvəllüdlü Bazaron İ.V şikayət ərizəsi vasitəsi ilə 39-cu Polis Bölməsinə məlumat verib.
24 yaşlı qız qeyd edib ki, mayın 11-də müvəqqəti yaşadığı Üzeyir Hacıbəyov küçəsi 27 ünvanındakı mənzildə tanışı Məcidov Məcid Mehdi ona qarşı zor tətbiq edərək cinsi əlaqədə olub. Hadisə vaxtı M.Məcidov gənc qıza müxtəlif dərəcəli xəsarətlər də yetirib.
Araşdırmalar nəticəsində məlum olub ki, İ.Bazaron M.Məcidovla “Gran House” ev alıq-satqı mərkəzində tanış olub. Maklerliklə məşğul olan M.Məcidov ona ev tapmaqda kömək edib. Daha sonra isə onların münasibətləri dostluğa çevrilib.
Faktla əlaqədar müvafiq ekspertizalar təyin edilib. Həmçinin Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə iş başlanılıb. Əgər günahı sübuta yetirilərsə, rus qızı ilə cinsi əlaqədə olmuş M.Məcidovu 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
banner

Oxşar Xəbərlər