• cümə axşamı, 28 mart, 14:44
  • Baku Bakı 16°C

Bakıda 23 dərəcə isti olacaq

30.10.13 12:27 1090
Bakıda 23 dərəcə isti olacaq
Oktyabrın 31-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, günün birinci yarısında yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı da var. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 9-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına oktyabrın 31-də əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Şərq rayonlarında isə çiskin olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 18-23 dərəcə, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər