• cümə, 19 Aprel, 14:42
  • Baku Bakı 25°C

Bakıda 22 yaşlı oğlan qətlə yetirildi

12.03.14 15:32 882
Bakıda 22 yaşlı oğlan qətlə yetirildi
Bakıda qətl törədilib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində İ. Qurtqaşınlı küçəsi-85 ünvanında, “Turanbank”ın qarşısında qeydə alınıb. 22 yaşlı oğlan (adı və soyadı hələ dəqiqləşdirilir) küçənin ortasında naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarış tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər