• cümə axşamı, 25 aprel, 05:56
  • Baku Bakı 19°C

Bakıda 20 yaşlı qızın ölümünə səbəb olan sürücüyə hökm oxunub

03.07.17 13:00 1178
Bakıda 20 yaşlı qızın ölümünə səbəb olan sürücüyə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Tahir Qaybalıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib. O, T. Qaybalıyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Sonra T. Qaybalıyev çıxış edərək, əməlindən peşman olduğunu bildirib.
Prosesdə hökm oxunub, T. Qaybalıyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Tahir Qaybalıyev ötən il idarə etdiyi "Mercedes” markalı avtomobili ilə piyada 20 yaşlı Səriyyə Əliyevanı vuraraq, öldürüb. T.Qaybalıyev qəzanı törədən zaman sərxoş olub. O, piyadanı vurduqdan sonra hadisə yerindən qaçıb.
banner

Oxşar Xəbərlər