AZE | RUS | ENG |

Bakıda 16 yaşlı qız iki divarın arasında ilişib qaldı

Bakıda 16 yaşlı qız iki divarın arasında ilişib qaldı
Bakıda 16 yaşlı yeniyetmə qız çətin vəziyyətə düşüb. Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Nobel prospektində, “Nargilə” kafesinin yaxınlığında yerləşən fərdi evlərin birində baş verib. 1997-ci il təvəllüdlü Bağırova Türkan Vaqif qızı birmərtəbəli fərdi yaşayış evinin mətbəxinin pəncərəsindən 3 metr aşağıya düşüb və arasındakı məsafə təxminən 20 santimetr olan iki fərdi yaşayış evinin divarları arasında sıxılmış vəziyyətdə qalıb. FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri perforatordan istifadə etməklə iki fərdi yaşayış evinin divarları arasındakı məsafəni artırıb zərərçəkmiş T.Bağırovanı çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verərək xilas olunmasını təmin ediblər. Lent.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, zərərçəkən ruhi xəstə olub. Hadisə baş verən zaman o, evdə tək olub.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917