• şənbə, 20 Aprel, 08:37
  • Baku Bakı 14°C

Bakıda 14 yaşlı oğlan dənizdə batıb

24.08.16 23:00 927
Bakıda 14 yaşlı oğlan dənizdə batıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1200 m aralıda, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

Xilasedicilər 2002-ci il təvəllüdlü Tağızadə Məmmədəmin Mirhüseyin oğlunun cəsədini batdığı yerdən 30 metr aralıdan taparaq çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
banner

Oxşar Xəbərlər