• cümə, 19 Aprel, 21:09
  • Baku Bakı 24°C

Bakıda 13 yaşlı qızı maşınla vurub öldürən şəxs həbs olunub

18.06.13 09:42 1779
Bakıda 13 yaşlı qızı maşınla vurub öldürən şəxs həbs olunub
APA-nın Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 9-da saat 23:00 radələrində Bakı şəhər sakini Zeynalov Əbil Abbas oğlu idarə etdiyi özünə məxsus “Mercedes Benz” markalı, 90-FL-003 dövlət qeydiyyat nişanlı avtomobillə paytaxtın Neftçilər prospektində hərəkətdə olarkən yolu keçmək istəyən İsmayılova Tahirə Ələkbər qızını vuraraq xəsarət yetirib, sonuncu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Ə.Zeynalov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
banner

Oxşar Xəbərlər