• şənbə, 27 Aprel, 00:47
  • Baku Bakı 14°C

Bakıda 13 dərəcə isti, rayonlarda qar... - Proqnoz

09.12.14 11:55 903
Bakıda 13 dərəcə isti, rayonlarda qar... - Proqnoz
Dekabrın 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7, gündüz 8-13 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında dekabrın 10-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə duman, çiskin olacaq. Lakin havanın bəzi şimal və qərb bölgələrində yağıntılı olacağı proqnozlaşdırılır. Dağlıq ərazilərdə sulu qar və qar yağacaq. Cənub-şərq küləyi əsəcək, ayır-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər