• cümə, 19 Aprel, 06:24
  • Baku Bakı 13°C

Bakıda 12 avtomobili əzən "Gelandewagen" sürücüsü saxlanıldı

02.05.19 11:23 717
Bakıda 12 avtomobili əzən "Gelandewagen" sürücüsü saxlanıldı
Bakının Binəqədi rayonu ərazisində 12 avtomobili əzən "Gelandewagen" markalı avtomobilin sürücüsü müəyyən edilib.
Trend-in məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən sürücü saxlanılıb.
Hazırda hadisənin hansı şəraitdə törədilməsi ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Cavadxan küçəsində "Gelandewagen" markalı avtomobil avtomobil parklanma yerində yüksək sürətlə hərəkət edərək 12 avtomobilə ziyan vurub.
banner

Oxşar Xəbərlər