• cümə, 26 Aprel, 17:51
  • Baku Bakı 23°C

Bakıda 100 minə yaxın insanda xəstəlik aşkarlandı

05.05.14 14:37 1128
Bakıda 100 minə yaxın insanda xəstəlik aşkarlandı
Bakı şəhər sakinlərinin icbari tibbi müayinəsi nəticəsində ortaya çıxan nəticələr və rəqəmlər açıqlanıb. Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev APA-ya açıqlamasında deyib ki, əhalinin icbari dispanserizasiyası ilkin olaraq 17 fevral - 1 may tarixlərini əhatə edib. Onun sözlərinə görə, tibbi müayinələr zamanı əhalinin müalicəsi ambulator və stasionar şəkildə təşkil olunub.
R.Nağıyev qeyd edib ki, bu müddət ərzində 1 milyon 248 min 941 nəfər icbari tibbi müayinədən keçib və bu da əhalinin təxminən 80%-ni əhatə edib: “Tibbi müayinələr nəticəsində 95 521 nəfərdə xəstəlik aşkar olunub, 21 800 nəfər dispanser qeydiyyatına götürülüb. 4130 insan müayinələr nəticəsində tam sağalıb. 5292 nəfər xəstəxanaya yerləşdirilərək müalicə olunub. 376 400 nəfərdə əlavə müayinələrin aparılması zəruri hesab edilib. Xəstəliklər arasında həmişəki kimi ürək, qan-damar sistemi, həzm, sinir, mədə bağırsaq, tənəffüs sistemi, göz xəstəlikləri üstünlük təşkil edir”.
İdarənin rəis müavini vurğulayıb ki, 18 yaşdan yuxarı bütün əhalini əhatə edən tibbi müayinədən keçənlər arasında qadınlar üstünlük təşkil edib. Onun sözlərinə görə, tibbi müayinədən keçənlərdən 722 008 nəfəri qadın, 526 933 nəfəri isə kişi olub. R.Nağıyev əlavə edib ki, Bakının bütün rayonlarında tibbi müayinələr mütəşəkkil şəkildə aparılıb və bütün ərazilərdən insanlar bu müayinələrə cəlb edilib.
banner

Oxşar Xəbərlər