• cümə axşamı, 28 mart, 14:47
  • Baku Bakı 16°C

Bakı Zooparkına nadir quş gətirildi - Foto

09.12.14 13:25 1062
Bakı Zooparkına nadir quş gətirildi - Foto
Bakı Zooparkına Azərbaycan üçün nadir quş gətirilib.
Bakı Zooparkının direktoru Azər Hüseynov APA-ya açıqlamasında deyib ki, bir neçə gün öncə vətəndaş şəhərdə iri Ağ Vağ quşunu görüb və onu Bakı Zooparkına gətirib. Onun sözlərinə görə, bu vaxta kimi zooparkda bu quş növü olmayıb və bu, yenilikdir. A.Hüseynov qeyd edib ki, həmin quş gətirilərkən qanadı qırılmış halda olub.
A.Hüseynov iri Ağ Vağın mülayim isti və tropik enliklərdə - Avropa, Asiya, Şimal və Cənub Amerika, Afrika, Avstraliya və yeni Zellandiyada yayıldığını xatırladıb. Onun sözlərinə görə, bu quşlar müxtəlif su anbarları boyunca yaşayır. Onun Azərbaycana haradan və necə gəlməsi məlum deyil.

banner

Oxşar Xəbərlər