• cümə, 19 Aprel, 11:19
  • Baku Bakı 13°C

Bakı yollarında nəqliyyatın hərəkətində problem yoxdur - Yol polisi

12.06.15 12:41 868
Bakı yollarında nəqliyyatın hərəkətində problem yoxdur - Yol polisi
Hazırda Bakıda hərəkətin məhdudlaşdırılacağı əvvəlcədən elan olunmuş yollardan başqa digər küçə və prospektlərdə nəqliyyatın hərəkətində problemlər yaşanmır.
Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Bölmə rəisi qeyd edib ki, bu gün Bakıda I Avropa Oyunlarının açılış mərasimi ilə əlaqədar əvvəlcədən elan olunmuş yollar üzrə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb: "Həmin ərazilər üzrə sürücülərin qaydalara əməl etməməsi halları müşahidə olunmur. Digər yollarda isə nəqliyyatın hərəkətində heç bir problem yoxdur, yollarda sıxlıq və tıxac yoxdur. Ümumiyyətlə, bu gün paytaxt yollarında nəqliyyat vasitələrinin sayının həddən artıq azaldığı müşahidə olunur. Bir daha I Avropa Oyunları kimi yüksək səviyyəli tədbirin keçirilməsinə anlayışla yanaşan bütün sürücü və avtomobil sahiblərinə təşəkkür edir, hamını ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini tövsiyə edirik”.
banner

Oxşar Xəbərlər