• cümə, 29 Mart, 00:55
  • Baku Bakı 7°C

Bakı yol polisinin binasında saxta polis tutuldu

18.09.13 13:40 2132
Bakı yol polisinin binasında saxta polis tutuldu
Bakıda qanunsuz olaraq polis geyimindən istifadə edən şəxs saxlanılıb
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məluata görə, sentyabrın 17-də DİN BDYPİ-nin inzibati binasında, yol polisinin baş serjantı geyimində olan naməlum şəxs özünü şübhəli apardığından komendant xidmətinin əməkdaşları ondan xidməti vəsiqəsini təqdim etməyi xahiş ediblər.
Bu zaman qaçmağa cəhd göstərmiş həmin şəxs saxlanılıb.
Onun Bakı şəhər sakini Əfsun Rəcəbov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırmalar aparılır.
banner

Oxşar Xəbərlər