• cümə, 26 Aprel, 21:20
  • Baku Bakı 22°C

Bakı yaxınlığında vulkan püskürməsi ilə bağlı - Açıqlama

13.10.14 10:24 1030
Bakı yaxınlığında vulkan püskürməsi ilə bağlı - Açıqlama
Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
O bildirib ki, ətrafa yayılmış brekçiyanın həcmi ən çox olan hissədə 4 metr, ən az olan hissədə isə 10 santimetr təşkil edir. Ümumi
brekçiyanın yayıldığı sahə isə 2 hektara yaxındır".
İ. İbrahimova həmçinin onu da əlavə edib ki, palçıq vulkanının püskürməsi zamanı spesifik olan çatlar bu püskürmədə qeydə alınmayıb: "Bu dəfəki püskürmə 2001-ci ildəkindən xeyli zəifdir".
Qeyd edək ki, bu gün Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan " Keyrəki" palçıq vulkanında partlayışla müşayiət olunan püskürmə hadisəsi baş verib.
***
Dünən saat 12:30 radələrində da Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan "Keyrəki" palçıq vulkanında partlayışla müşayiət olunan püskürmə hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, püskürmə nəticəsində xaric olunmuş palçıq axını 200 metrə qədər uzanıb.
Hazırda ərazidə nazirliyin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri tərəfindən təhlükəsizlik tədbirləri həyata keçirilir və püskürmənin həcmi hesablanır.
Qeyd edək ki, belə anoloji püskürmə 2001-ci ildə qeydə alınıb.
banner

Oxşar Xəbərlər