AZE | RUS | ENG |

Bakı və Tbilisinin əməkdaşlığı ermənilərin canına vəlvələ salıb

Bakı və Tbilisinin əməkdaşlığı ermənilərin canına vəlvələ salıb
1in.am: “Azərbaycan Ermənistanın beynəlxalq aləmdən izolə edilməsi siyasətini uğurla davam etdirir”

Gürcüstan və Azərbaycan arasında bütün sahələri əhatə edən strateji tərəfdaşlıq siyasəti gözlənildiyi kimi, bədnam qonşularımızı ciddi şəkildə narahat etməyə başlayıb. Bu ölkənin siyasi dairələrində və mediasında bu əməkdaşlıq ciddi müzakirə mövzusuna çevrilib. Məsələn, ermənilərin "1in.am” (Birinci Erməni) informasiya agentliyi Azərbaycan və Gürcüstanın hərbi idarələrinin 2018-ci il üçün hərbi əməkdaşlıq barədə proqramın Ermənistana qarşı yönəldiyinə işarə edib. Məqalədə qeyd edilir ki, Bakıda bununla bağlı sənədə imza atılıb. "Sənədi Bakıya səfəri zamanı Gürcüstanın müdafiə naziri Levon İzoriya imzalayıb. İkitərəfli münasibətlərin möhkəmləndirilməsi ilə yanaşı, gürcü nazir Türkiyənin də iştirakı ilə üçtərəfli formatdakı əməkdaşlığı yüksək qiymətləndirib. Müdafiə naziri Zakir Həsənov isə öz növbəsində Gürcüstana müxtəlif beynəlxalq arenalarda Azərbaycanın mövqeyinin və ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib”, - deyə məqalədə vurğulanıb. Yeri gəlmişkən, ikitərəfli əməkdaşlığın ən yüksək səviyyədə olduğu elə dünən Bakıda olan Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin prezident İlham Əliyevlə görüşündə də bir daha bəyan edilib. "Azərbaycan Gürcüstana sərmayə qoyan ölkələrin arasında birinci yeri tutur. 2012-ci ildən biz bu birinciliyi saxlayırıq. Bu, onu göstərir ki, ölkənizdə çox gözəl sərmayə iqlimi var. Bu, eyni zamanda, onu göstərir ki, bizim əlaqələrimiz çox yüksək səviyyədədir. Əlbəttə, bizi birləşdirən bir çox önəmli qlobal layihələr var”, - deyə prezident İlham Əliyev bəyan edib. Gürcü baş nazir də bildirib ki, "Azərbaycan Gürcüstan üçün birinci investisiya tərəfdaşıdır. Bu yaxınlarda dərc olunan statistik məlumatlara görə, səfərlərin sayına görə də Azərbaycan Gürcüstan üçün birinci yerdədir. Regional formatlarda əməkdaşlığımız çox vacibdir. Həm siyasi məsləhətləşmələr, həm də qlobal formatda əməkdaşlığımız mövcuddur. Gürcüstan hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir. Bu, bizim strateji əlaqələrimizin göstəricisidir”, - deyə o bildirib.
Erməni saytı da yazır ki, Tbilisi Dağlıq Qarabağa münaqişəsinin nizamlanması prosesində neytrallığını qoruyub saxlayır və əlavə edir ki, "Azərbaycan və Gürcüstan münaqişələrin nizamlanması məsələsində müttəfiqdirlər. Rəsmi Tbilisi münaqişənin tez bir zamanda həllini, eləcə də, münaqişənin iki ölkə arasında əldə olunan razılaşma əsasında həllinin tərəfdarı qismində çıxış edir”. Daha sonra qeyd edilir ki, Azərbaycan Ermənistanın beynəlxalq aləmdən izolə edilməsi siyasətini uğurla davam etdirir və bu məqsədlə də, üçüncü ölkələrlə ikitərəfli və çöxtərəfli əlaqələri genişləndirməyə üstünlük verir. Sayt yazır ki, təsadüfi deyil ki, Gürcüstan müdafiə nazirini qəbul edərkən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov öz növbəsində bildirib ki, gələn həftə Bakıda Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin toplantısı keçiriləcək. "Bu regional əməkdaşlıq və təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində yeni bir formatdır”, - deyə erməni saytı nazirin sözlərini sitat kimi verib. Önəmlisi odur ki, erməniləri dördtərəfli görüş faktı daha da qıcıqlandırıb və xüsusi qeyd ediblər ki, yeni "dördtərəfli format” Bakıya Ermənistanın izolyasiyasını elan etmək üçün növbəti əsas vermiş olur. Dərhal da əlavə edilir ki, E.Məmədyarovun və yaxud Z.Həsənovun bəyanatını dramatikləşdirmək lazım deyil. Maraqlısı isə bu fikirdən sonra  səslənəndir. Belə ki, erməni saytı etiraf edilir ki, vəziyyət doğrudan da narahatvericidir. "Ermənistan bütün mümkün regional inteqrasiya layihələrindən kənarda qalmış olur. Rəsmi Yerevanın xarici siyasəti isə tam çıxılmaz və məntiqsiz bir duruma düşür”, - deyə məqalədə qeyd edilir. Ermənistanın məlum işğalçılıq siyasəti nəticəsində düşdüyü biabırçı durum artıq ölkənin siyasi dairələrində, mediada ciddi narahatçılıq doğurur. Və xüsusi vurğulanır ki, rəsmi Bakı bütün bunlardan məharətlə yararlanır. "Ermənistan-İran münasibətlərinə nəzər salaq. Əgər Yerevan Tehrandan gələn siqnallara reaksiya verərsə, onda bu regional əhəmiyyət kəsb edə bilər. Lakin qeyri-adekvat siyasəti Ermənistana marağı azaldır. Nəticə də bizim qonşumuzun İran-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlığı hesabına Avropa bazarlarına çıxışı yarana bilər. İndi isə Tehran Türkiyə -Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlığı ilə maraqlanır. Bu da Ermənistanın izolyasiyasını daha qabarıq şəkildə gücləndirmiş olur. Ermənistan regional əməkdaşlıq formatlarının yaradılması istiqamətində düşünməli, əməkdaşlıq üzrə effektiv meydanlar axtarıb tapmalıdır. Bir tərəfdən Azərbaycanın ardıcıl siyasətini neytrallaşdırmalı, digər tərəfdən Rusiyadan birtərəfli qaydada asılılığı azaltmalıdır. Bu məsələ xarici və daxili siyasət nəzərə alınmaqla kompleks və qlobal həll tələb edir. Ermənistan geri qalan dövlət və siyasi sistemləri ilə ambioz xarici siyasət yürüdə bilməz. Digər tərəfdən, Rusiya örtüyü heç bir zaman dövlətin modernləşməsini mümkün etməyəcək”, - deyə məqalə bu ümidsiz sonluqla bitib.
Beləliklə, işğalçı siyasətin fəsadları artıq necə deyərlər öz "bəhrəsini” verməkdədir. Erməni mediası və ictimaiyyəti artıq bu fəsadları qabarıq və açıq şəkildə etiraf etməyə başlayıb.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176