• şənbə, 20 Aprel, 18:06
  • Baku Bakı 24°C

Bakı və Abşeron yarımadasında yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək

12.10.16 13:47 1510
Bakı və Abşeron yarımadasında yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək
Bakı və Abşeron yarımadasında oktyabrın 13-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 12-14° isti, gündüz 16-20° isti, Bakıda gecə 12-14° isti, gündüz 17-19° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Oktyabrın 12-13-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 4-9° isti, gündüz 11-16° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər