• şənbə, 20 Aprel, 13:13
  • Baku Bakı 23°C

Bakı və Abşeron yarımadasında anomal isti qeydə alınıb

29.10.13 13:34 1101
Bakı və Abşeron yarımadasında anomal isti qeydə alınıb
Oktyabr ayında Bakıda və Abşeron yarımadasında anomal isti qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, oktyabrın 19-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31,6 dərəcə isti olub. Bunun iqlim normasından yüksək olduğunu deyən A.Verdiyev qeyd edib ki, ümumiyyətlə, oktyabr ayı üçün aylıq iqlim norması 16,1 dərəcədir.
Baş hidroloq oktyabr ayında ölkə ərazisində müşahidə olunan sabit və mülayim hava şəraitinin payız mövsümü üçün nə dərəcədə xarakterik olmasına da aydınlıq gətirib. Onun sözlərinə görə, oktyabr ayında müşahidə olunan temperatur payız mövsümü üçün xarakterikdir: “Hazırda müşahidə olunan temperatur iqlim normasından 1,8 dərəcə aşağıdır. Ancaq yaxın 2 gün ərzində ölkə ərazisində cənub küləyinin üstünlük təşkil etməsi temperaturun nisbətən artaraq 18-23 dərəcə isti təşkil edəcək ki, bu da oktyabr ayı üçün uyğundur”.
A.Verdiyev son günlər ölkə ərazisində havaların isti keçməsinin səbəblərini də açıqlayıb. O vurğulayıb ki, bunun əsas səbəbi cənub ərazisindən ölkəmizə daxil olan cənub küləkləridir. Belə ki, ölkəmizə daxil olan cənub küləklərinin üstünlük təşkil etməsi havanın temperaturunun da yüksəlməsinə səbəb olur. Baş hidroloq vurğulayıb ki, yaxın 2 gün ərzində də ölkə ərazisində belə hava şəraiti davam edəcək.
A.Verdiyev qeyd edib ki, oktyabr ayında ən isti temperatur 1930-cu ildə qeydə alınıb: “Həmin il havanın temperaturu 35,1 dərəcə olub. Ancaq bu il ən yüksək temperatur oktyabrın 19-da müşahidə edilib. Həmin vaxt Bakıda 31,6 dərəcə isti olub. Ən aşağı temperatur isə oktyabrın 25-də olub ki, bu zaman 7,2 dərəcə isti qeydə alınıb”.
banner

Oxşar Xəbərlər