• cümə axşamı, 25 aprel, 17:53
  • Baku Bakı 23°C

Bakı Uşaq Teatrında Eksperimental Festival keçiriləcək

25.11.13 14:40 1338
Bakı Uşaq Teatrında  Eksperimental Festival keçiriləcək
Bakı Uşaq Teatrında repertuarın zənginləşməsi, aktyorların yaradıcılıq imkanlarının genişləndirilməsi məqsədilə teatr daxili Eksperimental Festival keçiriləcək.
Festivalın keçirilməsi Azərbaycan teatrının 141 illiyi ərəfəsinə - mart ayının I yarısına planlaşdırılır. Dil və janr seçimi sərbəst olmaqla tamaşalar bir və ya iki nəfərlik nəzərdə tutulur. Aldığımız məlumata görə, festivalda seçim zamanı komediya janrına və uşaq tamaşalarına üstünlük veriləcək. Belə ki, teatrın mətbuat xidmətinin verdiyi məlumata görə, festivalda qeyri-adı quruluşlu tamaşalara daha çox üstünlük veriləcək. Festivalda Türkiyə, İran və Gürcüstan Respublikalarından qonaq teatrların da iştirak edəcəyi də planlaşdırılır.
Qeyd edək ki, bu, Bakı Uşaq Teatrında keçiriləcək ikinci festivaldır. Xatırladaq ki, teatr daxili ilk dəfə 2011-ci ilin oktyabr ayında “Mono tamaşalar” festivalı keçirilib.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər