AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakı Uşaq Teatrında böyük toy

Bakı Uşaq Teatrında böyük toy

Mədəniyyət
25 Oktyabr 2013, 13:57 4576
İki gün Bakı Uşaq Teatrı tamaşa göstərməyəcək. Teatrın kollektivi teatrın iki əsas aparıcı aktyorunun nişan mərasimində iştirak edəcək.
Belə ki, bu gün teatrın əsas aktyorlarından hesab olunan Könül Şahbazova və Niyaz Qasımovun nişan mərasimi keçiriləcək. Aldığımız digər məlumata görə isə sabah teatrın rejissorunun truppa üzrə köməkçisi Leyla Səmədova ilə aktyor Rauf Hüseynovun toy mərasimi baş tutacaq.

Qeyd edək ki, hər iki cütlüyün ömür yollarında atdıqlarını önəmli addımda onlara teatrın direktoru, rejissor İntiqam Soltan dəstək olaraq, elçi qismində iştirak edib.

Biz də “Kaspi” kollektivi adından hər iki cütlüyü təbrik edir, xoşbəxtlik arzulayırıq!

Xəyalə Rəis