AZE | RUS | ENG |

Bakı Uşaq Teatrı acınacaqlı şəraitdə fəaliyyət göstərir FOTOSESSİYA

Bakı Uşaq Teatrı acınacaqlı şəraitdə fəaliyyət göstərir FOTOSESSİYA
“Tamaşaçılarımızı şəraitsizlik üzündən itirmək istəmirik”

Bu yaxınlarda qəzetimizdə Bakı Uşaq Teatrının direktoru İntiqam Soltanla “Diktatura rejissorluq əlamətidir” adlı müsahibə dərc olundu. Müsahibə prosesində teatrın yerləşdiyi binanın şəraitsizliyindən şikayətlənən direktorun dediklərinə əminlik üçün yenidən teatra baş çəkdik.
Gördüyüm mənzərə məndə böyük təəccüb hissi oyatdı. 10 ildir ki, fasiləsiz olaraq fəaliyyət göstərən və festivallarda Azərbaycanı yüksək səviyyədə təmsil edən Bakı Uşaq Teatrının səhnə arxası - qarderob, qrim, aktyorların otağı və s. təsəvvürümdə yaratdığım o mənzərəni alt-üst etdi. Bakı Uşaq Teatrı uzun müddətdir ki, bu cür dağınıq şəraitdə fəaliyyət göstərir. Qeyd edək ki, kollektiv Hüseynqulu Sarabski adına Mədəniyyət evində yerləşib. Tamaşalarını da burada məşq edir və kiçik seyrçilərinə nümayiş etdirirlər. Təsəvvür edin, uşaqlar xarab kürsülərdə oturub, köhnə avadanlıqlar və o qədər də effekti olmayan işıqlandırma sistemi ilə təchiz edilmiş tamaşaya baxanda, təbii ki, istədikləri zövqü ala bilməyəcəklər. Səhnə və foyesi kifayət qədər göz oxşamasa da, pərdələr çəkildikdən sonra uşaqların düşündükləri bu sehirli aləm az öncə gördükləri bütün bu görüntüləri ani olaraq yaddaşlarından silib aparır.
60-dan çox işçisi olan Bakı Uşaq Teatrı belə bir acınacaqlı şəraitdə bir neçə ildir fəaliyyət göstərir. Milli Parkda yerləşən binaları söküldükdən sonra bu binaya sığınıblar. Amma...

Bina davası edə bilmərəm

Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan bizimlə söhbətində bildirdi ki, teatra bina verilməsi yuxarı təşkilatlardan asılıdır. Belə ki, problem bir günə də, 10 ilə də həll oluna bilər: “Mən öz işimi görürəm. Müraciət etsəm belə, çox sadə bir cavab ala bilərəm ki, teatr mənimdir mən özüm bilərəm ki, harada yerləşdirirəm. Dövlət başçımızın apardığı mədəni siyasətin davamı olaraq, yalnız güman edə bilərəm ki, Uşaq Teatrının da öz yeni binası olsun. Ümid edirəm ki, Uşaq Teatrının da nə vaxtsa şəxsi binası olacaq. Amma mən indi bina davası edə bilmərəm. Yalnız daxilində baş verən proseslərə, tamaşalara rəhbərlik edə bilərəm. Hamı teatrın hansı vəziyyətdə çalışdığını görür və bilir”.
Teatrın aktyorları da problemin böyüklüyünü dilə gətirdilər. Aktyor Cavanşir Məhərrəmov şəraitsizliyə görə tamaşaçıları itirmək istəmədiyini deyir: “Tamaşalarımız nə qədər yaxşı olsa da, səhnədə hiss edirik ki, onların yeri narahatdır, məsələn, qışda istilik sistemi olmadıqda onların üşüdüyünün şahidi oluruq. Bu, aktyorlarımıza da xasdır ki, havalar soyuduqda səhnə də soyuq olur, qısa köynəkdə oynaması lazım olan aktyor xəstələnib bir müddət işə gəlmir. Biz tamaşaçılarımızı şəraitsizliyə görə itirmək istəmirik”. Aktyor şikayətlənir ki, yağış yağdıqda qrim otağına su damcılayır, nəticədə həmin gün tamaşanı ya dayandırmalı olurlar, ya da kollektivdəki uşaqlar xəstələnir: “Son vaxtlar söyləyirlər ki, Sarabski adına mədəniyyət evini sökəcəklər. Əgər bina söküləcəksə, biz bilmirik harada fəaliyyət göstərəcəyik. Heç olmasa, Mədəniyyət evi cüzi təmir olunsaydı, biz fəaliyyətimizi yenə də davam etdirərdik”.

“Mədəniyyət evinin təmiri plana daxil deyil”

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Samid Rzayevin sözlərinə görə, 2011-2012-ci illər üzrə Dövlət Proqramına uyğun olaraq 19 müəssisənin tikintisi həyata keçirilir. Daha sonra 3 müəssisə - Qızıldiş mədəniyyət mərkəzi, Şəvan mədəniyyət mərkəzi və Maştağa qəsəbəsində yerləşən mədəniyyət mərkəzinin əsaslı təmiri planlaşdırılır. S.Rzayev H.Sarabski adına Mədəniyyət evinin təmirinin plana daxil olmadığını bildirib: “Onu da qeyd edim ki, bu mədəniyyət evi rəhbərliyin nəzərindədir. Ola bilər ki, gələcəkdə Bakı Uşaq Teatrına ayrıca bina hazırlansın. Gələn ilki Dövlət Proqramında bu məsələ yəqin ki, öz əksini tapacaq. Amma yenə də söyləyim ki, bu barədə dəqiq bir söz deyə bilmərəm”.
Bakı Uşaq Teatrının kollektivi isə böyük ümidlərlə onlara yeni binanın verilməsini, ya da sığındıqları binanın təmir olunacağı günü gözləyirlər. Hələlik isə vədlərdən başqa heç nə yoxdur...

Xəyalə RəisFOTOSESSİYA"> FOTOSESSİYA"> FOTOSESSİYA"> FOTOSESSİYA"> FOTOSESSİYA">

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219