• cümə axşamı, 25 aprel, 02:51
  • Baku Bakı 19°C

Bakı trasında bir çox döngələrdə pilotdan cəsarət tələb olunur - Niko Hülkenberq

18.06.16 10:38 1281
Bakı trasında bir çox döngələrdə pilotdan cəsarət tələb olunur - Niko Hülkenberq
Bakıdakı ilk məşqdə vaxta görə onuncu yeri tutan alman pilot, "Le Man 24 saat” yarışının qalibi (2015), Almaniya yığmasının tərkibində "A1 Grand Prix” üzrə Dünya Kubokunun sahibi (2006-2007), "GP2” seriyası çempionu (2009), "Formula-3” Avropa seriyasının çempionu (2008), "F3 Masters”-in çempionu Niko Hülkenberq yeni tras haqqında təəssüratlarını bölüşərək deyib: "Bu, yetərincə mürəkkəb trasdır, bir çox döngələrdə pilotdan cəsarət tələb olunur. "Formula-1” maşınlarının sürəti nə qədər artıra biləcəyini nəzərə alsaq, tras həm də çox dardır. Həqiqətən heç də asan tras deyil. Enişdə 13, 14, 15-ci döngələr və hətta yoxuşda sürətli sol dönmə pilotdan cəsarət tələb edir. Çox qeyri-adi trasdır”.
banner

Oxşar Xəbərlər