• cümə axşamı, 18 aprel, 16:58
  • Baku Bakı 22°C

Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsində işlərin 87 faizi başa çatıb

27.07.16 20:29 988
Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsində işlərin 87 faizi başa çatıb
Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə ərazisində tikintisi ilə bağlı işlərin 87 faizi başa çatıb.
AZƏRTAC"karsmanset.com” saytına istinadla xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan məlumat verib.
O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi qrafik üzrə gedir və Qars çayı üzərində iki dəmir yolu körpüsü tikilir. Həmin körpülərin tikintisi ilə bağlı işlər başa çatmaq üzrədir.
Nazir qeyd edib ki, hədəf bu ilin sonunda dizellə çalışan ilk lokomotivi yola salmaqdır.


banner

Oxşar Xəbərlər