• çərşənbə axşamı, 16 aprel, 11:49
  • Baku Bakı 14°C

Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşəcəyi vaxt açıqlandı

24.02.14 12:05 1105
Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşəcəyi vaxt açıqlandı
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov deyib: «Bizə verilən məlumata görə, bu ilin sonunda test qatarını Türkiyə sərhədinə kimi buraxa biləcəyik, 2015-ci ilin ikinci yarısından isə dəmir yolunun istismarına başlanacaq».
Nazir bildirib ki, bu gün Bakıda BTQ layihəsi ilə bağlı Azərbaycan və Gürcüstan arasında ikitərəfli formatda görüş keçirilib və bu iclasda layihənin icrası ilə bağlı məsələlər müzakirə olunub: «Bu il üçün artıq yeni büdcənin qəbul olunmasına baxdıq. Bütövlükdə, bütün işlərin icrası ilə bağlı fikir mübadiləsi apardıq. Hazırda layihənin icrası planlı şəkildə davam edir».
Z.Məmmədov əlavə edib ki, hazırda Türkiyə tərəfində işlər sürətlə gedir: «Bizim ən problemli məsələmiz Türkiyə sərhədi ilə Gürcüstan ərazisində təxminən 400 metr uzunluqda olan tunelin tikintisi ilə bağlı olub. Bu iş də sürətlə aparılır. Çox böyük iş həcmi yerinə yetirilib. Türkiyə tərəfi də 2015-ci ilin yayına kimi bu işi tamamlamağı nəzərdə tutur və gələn il bu nəqliyyat dəhlizinin tam şəkildə işə düşməsi gözlənilir».
banner

Oxşar Xəbərlər