• cümə axşamı, 25 aprel, 05:37
  • Baku Bakı 19°C

Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanla Bolqarıstan arasında əlaqələrin genişlənməsində böyük rol oynayır

06.12.19 12:04 698
Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanla Bolqarıstan arasında əlaqələrin genişlənməsində böyük rol oynayır
TRACECA böyük həcmdə yüklərin daşınacağı dəhlizdir.
Trend-in məlumatına görə, bunu Bolqarıstanın nəqliyyat, informasiya texnologiyaları və kommunikasiya nazirinin müavini Velik Zançev Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat sazişinin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş tədbir və TRACECA Beynəlxalq komissiyasının Daimi katibliyinin 16-cı iclasında deyib.
O qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu ölkələr arasında əlaqələrin genişlənməsində böyük rol oynayır:
"Sazişin imzalanmasından sonrakı 20 il ərzində biz TRACECA dəhlizinin nəqliyyat əlaqələrinin inkişafı və İpək Yolunun bərpa olunmasında rolunun vacibliyini başa düşdük”.
banner

Oxşar Xəbərlər