• cümə, 26 Aprel, 14:13
  • Baku Bakı 23°C

Bakı-Sumqayıt yolunun bir hissəsində hərəkət məhdudlaşdırılır

26.07.18 11:20 390
Bakı-Sumqayıt yolunun bir hissəsində hərəkət məhdudlaşdırılır
Bakı-Sumqayıt yolunun bir hissəsində hərəkət məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq, iyulun 28-i səhər saat 10:00-dan iyulun 29-u səhər 05:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
Hərəkət istiqaməti Beynəlxalq Avtovağzal kompleksinin yanından Stend Atıcılığı idman kompleksinə gedən yol vasitəsilə Bakı-Dairəvi-1 avtomobil yoluna yönəldiləcək.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.


banner

Oxşar Xəbərlər