• cümə, 19 Aprel, 03:46
  • Baku Bakı 18°C

Bakı, Sumqayıt və Gəncə şəhərlərində keçirilən monitorinqlərin nəticələri açıqlanıb

09.11.19 12:00 1616
Bakı, Sumqayıt və Gəncə şəhərlərində keçirilən monitorinqlərin nəticələri açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin noyabrın 1-dən 7-dək Bakı, Sumqayıt və Gəncə şəhərlərində keçirdiyi monitorinqlər zamanı filtrlərin dəyişdirilməməsi səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarının normadan çox olduğu ictimai iaşə obyektləri müəyyən olunub. Paytaxtın Nizami rayonunda şadlıq saraylarının sayı çoxdur. Ona görə də atmosferə zərərli tullantılar atılması halları daha çox həmin ərazidə qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Vüqar Kərimov deyib.
Nazirliyin nümayəndəsi bildirib ki, ictimai-iaşə obyektlərinin əksəriyyətində təmizləyici qurğular quraşdırılsa da onlara vaxtında texniki xidmət göstərilmir, filtrlər təmizlənmir. Nəticədə yenə də havaya tüstü və iy-qoxu yayılır: "Binəqədi rayonunda fəaliyyət göstərən "Sonalar sonası", "Qızıl tac", "Şahənşah", "Mələk", "Oğuz xan", "Al saray", "Amor", "Röya", Xətai rayonundakı "Fəridə", "Elgün", "Neapol", "Movida", "Mirana", "Leyla","Şahzadə", Nizami rayonundakı "Cənnət", "Xan bağı", "Xan sarayı", "Madonna", "Milord", "Hissa", "Grace Hall", "Ayla" şadlıq sarayları, "Səhər mehi" və "Kometa" restoranlarında filtrlərin dəyişdirilməməsi nəticəsində havaya atılan tüstü və zərərli tullantıların miqdarı normanı ötüb. Eyni vəziyyət Nərimanov rayonundakı "Şuşa", "Su sonası" şadlıq sarayları, "Orman", "Xankəndi", "İsa bulağı" restoranları, Sumqayıt şəhərindəki "Qubadlı", "Dan ulduzu", "Şəhanə", "Tural", "Nurlan" və "Dədə Qorqud", Abşeron rayonundakı "Qarabağ", "Ülvi", "Səmayə" və "Sultan", Gəncə şəhərindəki "Firuzə", 'Tural" və "Şahzadə" şadlıq saraylarında da qeydə alınıb".
Bildirilib ki, qurğusu olmayan və filtrləri vaxtında təmizlətdirməyən restoran və şadlıq saraylarının sahiblərinə bildiririk ki, toy və tədbirlər zamanı havaya atılan tullantıların qarşısının alınması üçün obyektlərindəki manqalların fəaliyyəti dayandırılacaq. Bu, bizim obyekt sahiblərinə son xəbərdarlığımızdır. Onlara verilən vaxt artıq bitib.
"Restoran və şadlıq saraylarında toy edən və tədbir keçirən vətəndaşlarımıza çağırış edirik Əvvəlcədən restoranda təmizləyici qurğuların olub-olmaması və filtrlərin təmizlənməsi ilə maraqlansınlar ki, xoş günlərində həmin obyektin fəaliyyətinin dayandırılması kimi xoşagəlməz halla üzləşməsinlər.
Bundan əlavə, nazirliyə ictimai-iaşə obtektlərindən ətrafa səs-küy barədə də şikayət daxil olur. İnsanların rahatlığının təmin olunması məqsədilə qanunvericilikdə sakinlərin daha sıx olduğu yerlərdə gecə saat 12-dən sonra səs-küy salan obyektlərin fəaliyyətinin dayandırıla bilinəcəyi də təsbit olunub", - deyə V.Kərimov qeyd edib.
banner

Oxşar Xəbərlər