• çərşənbə axşamı, 23 aprel, 16:59
  • Baku Bakı 24°C

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb

23.03.20 20:45 891
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb
Martın 28-dək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb.
"Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərnişin tələbatını nəzərə alaraq, martın 24-dən martın 28-i də daxil olmaqla, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayında dəyişiklik edilir.

Sərnişinlərin nəzərinə çatdırırıq ki, həmin tarixlərdə Bakıdan saat 17:00, 18:30 və 19:55-də yola düşən qatarlar, Sumqayıtdan isə Bakıya saat 17:45, 18:45 və 19:30 - da qayıtmalı olan qatarların hərəkəti ləğv olunur.
banner

Oxşar Xəbərlər