• cümə, 29 Mart, 12:23
  • Baku Bakı 14°C

Bakı Şopinq Festivalı ərəbdilli KİV-lərdə!

27.10.17 17:59 954
Bakı Şopinq Festivalı ərəbdilli KİV-lərdə!
Oktyabrın 15-də start götürmüş Bakı Şopinq Festivalı bir sıra ərəbdilli KİV-lərin diqqətini çəkməkdə davam edir. Bu dəfə Misirin «Asiya əl-Yaum», «Sıhafa net», «Xəbər əl-Yaum», «Misr əl-Arabiyya», İraqın «əl-Muraqib əl-İraqi» qəzetləri, Küveytin «ən-Nəhar» qəzeti və "əl-Bilad” informasiya agentliyi oxucularını festival barədə məlumatlandırıblar.
Misirin "Asiya əl-Yaum” qəzetiböyük turizm imkanlarına malik Azərbaycanın xarici ölkələrdən, xüsusilə ərəb dövlətlərindən turistləri cəlb etmək üçün bir sıra tədbirlər və proqramlar həyata keçirdiyini, bunların içərisində Bakı Şopinq Festivalının xüsusi əhəmiyyətini qeyd edir. Vurğulanır ki, ölkəmizdə mövcud infrastruktur, əsrarəngiz təbiət, mülayim iqlim, iri ticarət mərkəzləri və ən əsası bir çox əmtəələrin qiymətlərinin ucuzluğu istirahət və alış-veriş etmək həvəskarlarını cəlb edən əsas amillərdəndir. Qəzet oxucularına məsləhət verir ki, noyabrın 15-dək davam edəcək Festival fürsətlərindən istifadə etmək üçün indi Bakıya səfər etmək üçün ən münasib vaxtdır.
"Misr əl-Arabiyya” qəzetidə "Bakı Şopinq Festivalı ikinci həftəsində öz fəaliyyətini böyük uğurla davam etdirir” adlı məqaləsində alıcılar və turistlər üçün yaradılan şəraitdən və alış-veriş imkanlarından yazır. Qeyd edilir ki, alıcıların alış-verişdən daha çox həzz alması və qazanması üçün 500-ə yaxın ticarət obyekti, market, turizm şirkəti fesivala qoşulub. Festivalda geyim, elektronika məhsulları, saatlar, ətriyyat, məişət texnikası və s. kimi seçilmiş mallara 70%-ə qədər endirimlər təklif edilir.
"Əl-Muraqib əl-İraqi” qəzetindədərc edilmiş "Azərbaycan – turizm və şopinq sənayesində öncül dövlət” adlı məqalədə qeyd edilir ki, İkinci Bakı Festivalı alış-verişin ünvanına çevrilib. Bu ayın ortalarından başlanan festivalda şopinq həvəskarları və ailələr rəngarəng və özünəməxsus proqramlardan, xidmətlərdən həzz alacaqlar. Bu müddət ərzində sərfəli alış-veriş təklifləri, endirimlər, şopinq məkanlarında alıcılara hədiyyələr təqdim ediləcək. Məqalə müəllifi festivalda iştirak edən 500-ə yaxın ticarət obyektin əksəriyyətinin ƏDV qaytarılması sisteminə qoşulmasının turistlər və yerli alıcılar üçün böyük fürsətlər yaratdığını vurğulayır.
Küveytin "əl-Bilad” informasiya agentliyivə festival haqda artıq ikinci məqaləsini dərc etmiş"əl-Nəhar” qəzetitədbirin bir çox yeniliklərlə yadda qalacağını bildirirlər. Qeyd olunur ki, Festival iştirakçıları bir çox güzəştlərlə, geyim, elektronika məhsulları, saatlar, ətriyyat, məişət texnikası kimi seçilmiş mallara 70%-ə qədər endirim təklifləri ilə, eləcə də Tax Free sisteminin tətbiqi ilə alıcıları sevindirməyə çalışırlar.
Küveyt KİV-i yazırlar ki, gözəl təbiətə, zəruri infrastruktura, zəngin tarixi abidələrə malik olan Azərbaycanda belə festivalın keçirilməsi ölkəyə turist axınının artmasına gətirib çıxaracaq.
banner

Oxşar Xəbərlər