Bakı Şəhəri üzrə Təhsil İdarəsinin açıqlaması
Bakı şəhəri Qaradağ rayonu 7 nömrəli Uşaq İnkişaf Mərkəzində baş
vermiş partlayışla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi açıqlama yayıb.
Məlumatda qeyd olunur ki, 16 dekabr 2019-cu il tarixdə saat 10:15 radələrində
Qaradağ rayonu 7 nömrəli Uşaq İnkişaf Mərkəzində baş vermiş partlayış baş
verib. Mərkəzin binasında qaz xətti olmadığına və qazdan istifadə edilmədiyinə
görə, ilkin olaraq hadisənin yeraltı qaz sızması səbəbindən baş verdiyi ehtimal
edilir. Hadisə nəticəsində mərkəzin direktor müavini Nərgiz Ələmova xəsarət
alıb və təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb. Ambulator müayinə
və ilkin tibbi yardım göstərildikdən sonra N.Ələmova evə buraxılıb.
Şagirdlərdən xəsarət olan yoxdur. Hadisə ilə əlaqədar mərkəz rəhbərliyi
tərəfindən dərhal Fövqəladə Hallar Nazirliyi, Qaradağ Rayon İcra Hakimiyyəti,
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və digər aidiyyəti qurumlara məlumat verilib.
Məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən aparılan araşdırmanın nəticələri
haqqında əlavə məlumat veriləcək.