• cümə, 19 Aprel, 09:57
  • Baku Bakı 13°C

Bakı Şəhəri üzrə Təhsil İdarəsi TQDK-nı sərt tənqid etdi

10.09.13 10:43 1467
Bakı Şəhəri üzrə Təhsil İdarəsi TQDK-nı sərt tənqid etdi
APA-nın xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramov Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransında çıxışında deyib. O bildirib ki, bu, müəllimləri repetitorluğa sövq edir: “Bu reallqdır və bunu deməliyik. Bu ağırlığı sübut edən kifayət qədər faktlar var. Yuxarı sinif şagirdləri o qədər yükləniblər ki, hansısa yükü öz çiyinlərindən atmaq məcburiyyətindədirlər. Valideynlərin məsləhəti ilə onlar məktəbə gəlmirlər. Yuxarı siniflərdə təhsil alan şagirdlər hər şeydən təcrid olunublar. Yeniyetmələrin harmonik inkişafı da dayanıb”.
Təhsil İdarəsinin müdir əvəzi əlavə edib ki, mövcud məsələlər təhsil işçilərini çox ciddi narahat edir. Onun fikrincə, hətta qəbul imtahanlarında nailiyyət əldə etmək üçün orta məktəblərdən ayrılan şagirdlər də var: “Bəzən Bakı şəhərində təhsil alan şagirdlər adlarını kənd orta məktəblərində yazdırırlar. Amma özləri Bakıda sinif yoldaşları ilə eyni məhəllədə görüşürlər. Yəni, adları kənd rayonlarının məktəblərində gedir, özləri isə Bakıda qalırlar. İki il öncə Təhsil Nazirliyinin kollegiya iclasında Bərdə rayon Təhsil Şöbəsinin müdiri qeyd edib ki, Bakıdan gələn uşaqların üzünü heç vaxt görməmişik. Amma imtahan günü Bakından olan şagirdləri gətirən maşınlar rayonda tıxac yaradırlar. Bu cür yayınmalar Bakı məktəblərinin göstəricilərini də aşağı salır. Hesab edirəm ki, hər il tələbə qəbulunun nəticələri ilə bağlı ayrıca konfrans keçirilməlidir və bu məsələlər müzakirə edilməlidir”.
banner

Oxşar Xəbərlər