Bakı şəhəri üzrə əsas kapitala 4669,2 milyon manat yönəldilib
2018-ci ilin yanvar-may aylarında Bakı şəhəri üzrə əsas kapitala 4669,2 milyon manat məbləğində, yaxud 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz az vəsait yönəldilib.
Bakı Şəhər Statistika İdarəsindənAZƏRTAC-a bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitin 3229,4 milyon manatı və ya 69,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.