• cümə, 26 Aprel, 13:11
  • Baku Bakı 23°C

Bakı Şəhər Yol Polisi İdarəsi vətəndaşlara müraciət etdi

30.09.14 19:13 1101
Bakı Şəhər Yol Polisi İdarəsi vətəndaşlara müraciət etdi
Bakı Şəhər Yol Polisi İdarəsi Qurban bayramı ilə əlaqədar vətəndaşlara müraciət edib. Bakı Şəhər Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov Lent.az-a açıqlamasında vətəndaşları qurbanlıq heyvanların satışının əvvəlcədən müəyyən olunmuş yerlərdə təşkil etməyə çağırıb: “Vətəndaşlardan xahiş olunur ki, qurbanlıq heyvanların satışını əvvəlcədən müəyyən olunmuş qapalı yerlərdə təşkil etsinlər və yol kənarlarında nəqliyyatın hərəkətinə mane olmasınlar. Qurbanlıq heyvanların yol kənarında satılması, eləcə də təhlükəsizlik qaydalarına əməl edilməməsi yol-hərəkət iştirakçıları üçün maneə və təhlükə yaradır”.
Qeyd edək ki, oktyabrın 4-5-6-7-si Qurban bayramı ilə əlaqədar qeyri-iş günüdür.
banner

Oxşar Xəbərlər