• cümə axşamı, 25 aprel, 12:38
  • Baku Bakı 23°C

Bakı Şəhər Prokurorluğunda yeni rəis - Təyinat

18.02.14 10:46 1103
Bakı Şəhər Prokurorluğunda yeni rəis - Təyinat
Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Baş Prokurorluqda Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə rəis müavini Rövşən Maqsudov Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi təyin edilib.
Qeyd edək ki, buna qədər Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi vəzifəsində Ramiz Nəbiyev çalışıb. Bir neçə ay əvvəl R.Nəbiyevin oğlu Elvin Nəbizadənin “facebook” səhifəsində bahalı avtomobillərinin şəklini paylaşması mətbuatda geniş müzakirələrə səbəb olub. Həmin hadisədən bir müddət sonra R.Nəbiyev öz ərizəsi ilə işdən çıxıb.
banner

Oxşar Xəbərlər