• cümə axşamı, 28 mart, 19:06
  • Baku Bakı 13°C

Bakı - Şarm Əl-Şeyx - Bakı birbaşa hava reysi açılacaq

19.09.18 17:28 445
Bakı - Şarm Əl-Şeyx - Bakı birbaşa hava reysi açılacaq
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyində PASHA Travel turizm şirkətinin nümayəndələri ilə Bakı - Şarm Əl-Şeyx - Bakı bir başa hava reysinin açılması ilə əlaqədar görüş keçirilib.
Görüşdə Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Adel İbrahim bildirib ki, "Misir və Azərbaycan arasında mədəni, iqtisadi və siyasi əlaqələr daim yüksək səviyyədə olmuşdur. Əlaqələrimizin inkişafı üçün bir sıra işlər görülməkdədir. Ölkələrimiz arasında turizm əlaqələrinin möhkəmləndirilməsi xüsusi önəm daşıyır. Ona görə də bir başa hava reyslərinin açılması təqdirə layiqdir. Reysin həyata keçirilməsi hər iki ölkədən turist axının gücləndirilməsində, eləcə də investisiya, ticarət və iqtisadi əlaqələrin genişlənməsində böyük rol oynayacaq. Bu yaxınlarda keçirilən mətbuat konfransında məlumat verildiyi kimi hazırda Misirdə sabitlik hökm sürür və dövlət tərəfindən təhlükəsizlik tam təmin olunub”.
Qeyd edək ki, noyabr ayının 8-dən etibarən Bakıdan Şarm Əl-Şeyxə bir başa reyslər Azərbaycan Hava Yolları (AZAL) vasitəsilə həftədə bir dəfə (cümə axşamı), Airbus A320 təyyarəsi ilə, uçuş müddəti 4 saat olmaqla həyata keçiriləcək.

banner

Oxşar Xəbərlər