• cümə, 29 Mart, 16:29
  • Baku Bakı 14°C

Bakı-Şamaxı yolunda ağır qəza: 1 ölü, 1 yaralı

02.09.13 14:42 1138
Bakı-Şamaxı yolunda ağır qəza: 1 ölü, 1 yaralı
Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Şamaxı magistral avtomobil yolunun 20-ci kilometrliyində “VAZ 2106” markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşub.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə minik avtomobili deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış “VAZ 2106” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişin, 1948-ci il təvəllüdlü Abdullayeva Məhbubə Balasər qızının cəsədini çıxarıb aidiyyəti üzrə təhvil verib.
Hadisə şahidlərinin bildirdiklərinə əsasən, “VAZ-2106” markalı minik avtomobilinin sürücüsü vətəndaşlar tərəfindən çıxarılaraq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. Əməliyyat saat 13:36-da başa çatıb.
banner

Oxşar Xəbərlər