• cümə, 29 Mart, 05:35
  • Baku Bakı 7°C

Bakı-Şamaxı-Yevlax yolunda iki avtomobil toqquşub, ölən var

20.06.13 17:43 1615
Bakı-Şamaxı-Yevlax yolunda iki avtomobil toqquşub, ölən var
Bakı-Şamaxı-Yevlax yolunun 123-km də yol-nəqliyyat hadisəsi baş verib. Trend Kanal S-ə istinadən məlumat verir ki, Avtomobillərdən birinin digər avtomobilin yoluna çıxması qəzanı qaçılmaz edib. Şamaxı rayon sakini Anar Paşayevin idarə etdiyi "Mercedes" markalı avtomaşınla həmyerlisi Yusifov Sədailin idarə etdiyi VAZ-2107 markalı avtomobil toqquşub.
A.Paşayev yoldan keçən maşınları gözlədiyi anda əks istiqamətdə gələn digər avtomobil elə gəldiyi sürətlə onun avtomobilinə çırpılıb. Toqquşma o qədər güclü olub ki, VAZ-2107 markalı avtomaşının sürcüsü Sədail Yusifov elə hadisə yerindəcə dünyasını dəyişib. Digər avtomobildə olan 3 nəfər hadisədən hər hası bir xəsarət almadan xilas olub.
banner

Oxşar Xəbərlər